"Qalatasaray" bu axşam baş tutacaq "Samsunspor" qarşılaşması öncəsi ciddi itki ilə üzləşib.
Apasport.az xəbər verir ki, komandanın sol cinah müdafiəçisi Ismail Yakobsun əzələsində yırtıq aşkarlanıb.
Klubdan verilən məlumata görə, futbolçunun bərpa prosesi başlayıb və onun təxminən 2 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Bu səbəbdən Yakobs bugünkü "Samsunspor" matçı ilə yanaşı, UEFA Çempionlar Liqasındakı həlledici "Monako" görüşünü də buraxacaq. "Sarı-qırmızılılar"ın zədəli futbolçusu Super Liqanın növbəti turunda oynanacaq "Antalyaspor" matçında da iştirak edə bilməyəcək.
- "Araz-Naxçıvan" daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb
- Joze Mourinyo: "Liqanın nəticəsi mövsüm başlamadan öncə müəyyən olunmuşdu"
- Millimiz Tbilisidə 3 qızıl və 3 gümüş medala sahib çıxıblar
- Premyer Liqada son turun təyinatları açıqlanıb
- "Qalatasaray" Kaan Ayhanla müqavilə müddətini uzadıb