“Bornmut”un müdafiəçisi “Yuventus”un radarında
25.01.2026 - 10:19
"Bornmut"un mərkəz müdafiəçisi Markos Senesi karyerasını İtaliyada davam etdirməyə yaxındır.
Apasport.az xəbər verir ki, 28 yaşlı futbolçunun "Yuventus"la danışıqları davam edir.
Turin təmsilçisi argentinalı müdafiəçiyə illik 3 milyon avro məvacib olmaqla 4 illik müqavilə təklif edib.
Senesinin “Bornmut”la hazırkı müqaviləsi bu yay başa çatacaq. Bu isə ona azad agent kimi istədiyi kluba keçmək imkanı yaradır.
Daha əvvəl "Barselona"nın da futbolçu ilə maraqlandığı bildirilirdi. Eyni zamanda bir sıra digər yüksək səviyyəli klublar da müdafiəçini yaxından izləyir.
- Azərbaycan Karate Federasiyası 34 il sonra Xankəndi şəhərində
- AFFA II Liqa klublarını cəzalandırıb
- İngiltərə Premyer Liqası: “Nyukasl” “Everton”u darmadağın edib
- "Qalatasaray"ın sabiq futbolçusu həbs olunub - 1 il 8 ay
- "Türkiyəyə qayıtmaq fikrində deyiləm" - Türkiyəli futbolçu "Nyukasl"dan ayrılmaq istəmir
0
0