Yeni mövsümdə Türkiyə Super Liqa təmsilçilərindən "Fənərbaxça"nın heyətində böyük dəyişikliklər olacağı və bir çox futbolçu ilə yollarını ayıracağı gözlənilir.
Apasport.az "Trt Spor"a istinadla xəbər verir ki, xaricdən təklif alan Yusuf Akçiçek və Dominik Livakoviçin komandadan ayrılacağı demək olar ki, dəqiqləşib.
Müqavilələri başa çatan Duşan Tadiç, Edin Ceko və Brayt Osayi-Samuellə hələlik yeni müqavilələr imzalanmayıb.
Klub rəhbərliyi braziliyalı müdafiəçi Dieqo Karlosla da vidalaşmağı hədəfləyir.
İddialara görə, Sebastian Şimanski, Sofyan Amrabat və Fred gözləniləndən daha yüksək təklif alsalar, "sarı-lacivərlilər"lə yollarını ayıra bilərlər.
İcarəyə götürülən Filip Kostiç və Allan Sent-Maksiminin gələcəyi isə bəlli deyil.
- "Aruka"nın fədakar azarkeşi 1448 km yol qət etdi, komandasını tək buraxmadı - VİDEO
- “APA”, “Real TV”, “İctimai TV” və “Veteranlar” növbəti mərhələdə - FOTO
- "Beşiktaş"ın yeni transferi İstanbula gəlir
- "Sabah" "Lill"də oynamış futbolçunu transfer edib
- Klub prezidenti: "Gənc oyunçular qələbəmizə böyük töhfə verdilər"