Flik Fatini komandada istəmir
06.05.2025 - 10:52
"Barselona"nın hücumçusu Ansu Fati komandadan ayrılacaq.
Apasport.az "El Nacional"a istinadla xəbər verir ki, komandanın baş məşqçisi Hans-Diter Flik yay transfer pəncərəsində 22 yaşlı futbolçu ilə yollarını ayırmaq qərarına gəlib.
"Barselona" 2024/2025 mövsümü bitdikdən sonra Fati üçün təkliflər gözləyəcək.
Hücumçunun transfer dəyəri 5 milyon avro olaraq qiymətləndirilir. Onun kataloniyalılarla müqaviləsi 2027-ci ilin iyunun sonuna kimi nəzərdə tutulub.
Ansu İspaniya çempionatının cari mövsümündə "Barselona"nın heyətində cəmi 6 oyun keçirib.
- “Neftçi”dən son dəqiqə qələbəsi - YENİLƏNİB
- Türkiyə - İspaniya matçının keçiriləcəyi stadion açıqlanıb
- "Araz-Naxçıvan" Tərlan Əhmədlinin müqavilə müddətini uzadıb
- Premyer Liqa klublarının uşaq-gənclər sektoruna ayırdığı vəsait artıb
- Mahir Məmmədov yenidən Azərbaycan Şahmat Federasiyasının prezidenti seçilib
0
0