28 May – Müstəqillik Gününə həsr olunmuş veloyürüş keçiriləcək
26.05.2025 - 13:35
Mayın 28-də Müstəqillik Günü münasibətilə Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped Federasiyası və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə velosiped yürüşü keçiriləcək.
Apasport.az xəbər verir ki, Veloyürüşə saat 11:00-da Veloparkdan (Şıxov) start veriləcək.
Yürüş iştirakçıları Velopark – Bibiheybət məscidi – Su İdmanı Sarayı – Dövlət Bayrağı Meydanı marşrutu üzrə 7 km məsafə qət edəcəklər.
Qeyd edək ki, tədbirdə iştirak sərbəstdir.
- Belçika derbisində qalmaqal: Bayraq sancmaq istədi, dava düşdü - VİDEO
- Arif Əsədov: "Ukrayna çox güclü rəqibdir, amma şans hər zaman var" - Müsahibə
- U-12, U-14 və U-16 qız basketbol liqalarında mükafatçılar müəyyənləşib
- Ukrayna klubunun Zamiq Əliyev planı yenə alınmadı
- "Fənərbaxça" Osimhen üçün "Napoli"yə təklif göndərib
0
0