"İnter" yeni forvard transfer etməyə yaxındır
19.06.2025 - 09:36

"Parma"nın hücumçusu Anj-Yoan Bonni "İnter"ə keçməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat yayıb.
Mənbənin sözlərinə görə, 21 yaşlı futbolçunun "İnter"ə qoşulmasına bir addım qalıb.
Fransız futbolçu 2030-cu ilə qədər illik 2 milyon avro maaşla müqavilə imzalamağa razıdır. Yoan Bonni 20 milyon avro dəyərində qiymətləndirilib.
A Seriyasının son mövsümündə forvard "Parma"nın heyətində 37 oyunda 6 qol vurub və 4 məhsuldar ötürmə edib.
- "Arsenal" iki ulduz hücumçu arasında seçim edəcək
- "Zibil kimi, zədəli futbolçular alıb "Beşiktaş"ı biabır etdiniz" - Sabiq prezidentdən şok iddialar
- 3x3 basketbol üzrə "Qadınlar Liqası"nın qalibi bəlli olub
- Zelim Kotsoyev dünya çempionatında bürünc medal qazanıb!
- Millimizin Ukrayna yığması ilə səfər oyununun yeri məlum olub
0
0