"Meydandakı tək ulduz mən deyildim. Komanda yoldaşlarımın bir çoxu ulduz idi".
Apasport.az xəbər verir ki, bunu Türkiyə yığmasının futbolçusu Kenan Yıldız Bolqarıstan üzərində qələbədən sonra mətbuata açıqlamasında deyib:
"Hər kəsi təbrik etmək istəyirəm. İlk hissə çətin keçdi. İkinci hissədə möhtəşəm çıxış etdik və 6:1 önə keçdik. Oyunumuzla fəxr edirəm".
İstedadlı oyunçu Gürcüstanla keçiriləcək oyunu belə şərh edib:
"Gürcüstanın nə qədər çətin rəqib olduğunu bilirik, amma azarkeşlərimizin qarşısında oynayacağımız üçün çox şadıq. Yenidən azarkeşlərimiz qarşısında oynamaq üçün səbirsizlənirəm".
Qeyd edək ki, Türkiyə-Gürcüstan qarşılaşması oktyabrın 14-ü saat 22:45-də start götürəcək.
- "Bavariya" və "Bayer" "Milan"lı üçün mübarizə aparacaq
- "Qalatasaray" - "Bodo-Qlimt" matçının hakimi bəlli olub
- TFF prezidentindən derbi açıqlaması: "Etiraz etməli olan tərəf "Fənərbaxça"dır"
- Tedesko: "Qalib gələ bilməsək, işimiz çətinləşəcək"
- “Araz-Naxçıvan” braziliyalı futbolçu ilə müqavilə yenilədi