"Liverpul" və "Mançester Siti" Premyer Liqa forvardını hədəfləyir
30.11.2025 - 14:40
İngiltərə Premyer Liqasının bir neçə top klubu “Everton”un hücumçusu İliman Ndiayeni yaxından izləyir.
Apasport.az xəbər verir ki, 25 yaşlı seneqallı forvarda “Liverpul”, “Mançester Siti” və “Tottenhem”in maraq göstərir.
Hücumçunun transfer dəyəri 35 milyon avro olaraq qiymətləndirilir.
Ndiaye ötən yay “Everton”a qoşulub və klubla 2029-cu ilin ortalarına qədər müqavilə imzalayıb.
O, cari mövsümdə Premyer Liqada 15 oyuna çıxıb, 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- Tarixdə bu gün: Yunanıstan Avropa Çempionu Oldu – Futbol Dünyasında Sensasiya - VİDEO
- Qaşım Maqomedov dünya reytinqində ikinci pillədə qərarlaşıb
- Bakı Marafonunda rekord iştirakçı: 27 min nəfər qeydiyyatdan keçib
- Seneqallı forvard "Qarabağ"a qayıdır? - Fransa klubu ilə müqaviləsi bitir
- Klub prezidenti: "Gənc oyunçular qələbəmizə böyük töhfə verdilər"
0
0