İngiltərənin "Mançester Yunayted" klubunda gözlənilməz hadisə baş verib.
Apasport.az "The Athletic"ə istinadla xəbər verir ki, klubun U-13 komandası iqtisadi ixtisarlar səbəbindən "Everton"la keçirilən qarşılaşmaya kifayət qədər şort və corab olmadan çıxıb.
Oxşar problem qadın futbol komandasında da yaşanıb. Belə ki, komanda "Brann"la keçirilən matçdan əvvəl buts çatışmazlığı yaşayıb.
Məşqçilər son anda problemi həll etmək üçün yerli idman mağazasına gedərək çatışmayan avadanlıqları öz vəsaitləri hesabına alıblar.
Hadisə ilə bağlı klub rəhbərliyindən hələlik rəsmi açıqlama verilməyib.
- Brazilya millisinin və "Barselona"nın sabiq üzvü karyerasını bitirib
- "Mançester Yunayted"in vingeri Premyer Liqa klublarının hədəfində
- “Əl-Hilal” "Mançester Yunayted"in yarımmüdafiəçisi ilə maraqlanır
- Mbappe qol vurduğu 21 oyundan 19-da "Real Madrid" qələbə qazanıb
- Yamal Mbappenin rekorduna yaxınlaşıb