"Mançester Siti" Fodenlə bağlı qərar verib
11.04.2025 - 08:55
"Mançester Siti" hücumameyilli yarımmüdafiəçisi Fil Fodenlə bağlı qərar verib.
Apasport.azxarici KİV-ə istinadla xəbər verir ki, “Siti” Fodenlə müqaviləni uzatmağı planlaşdırıb.
Futbolçunun maaşında ciddi artım olacağı gözlənilir. Artıq tərəflər arasında ilk müzakirələr aparılıb.
Fil Foden bu mövsüm Pep Qvardiolanın heyətində 40 oyunda 10 qol vurub və 6 məhsuldar ötürmə edib.
İngilis futbolçunun hazırkı müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.
- "Barselona" və "Milan" ulduz futbolçularını dəyişə bilər
- "Turan Tovuz"un İdarə Heyətinin sədri Bernd Ştange ilə görüşüb
- Ceyhun Bayramov Neapolda "Qarabağ"la görüşüb
- İslam Oyunları: Türkiyə zirvədə – Azərbaycan ilk “altılıq”da
- Nigeriya yığması üçün qorxulu an: Ndidi və Osimhenin olduğu təyyarə təcili eniş etdi
0
0