"Nitsa"nın qapıçısı "Qalatasaray"ın radarına düşüb
20.05.2025 - 14:21

"Qalatasaray" "Nitsa"nın və Polşa millisinin qapıçısı Marçin Bulka ilə maraqlanır.
Apasport.az “Foot Mercato”ya istinadən xəbər verir ki, İstanbul nəhəngi 25 yaşlı qolkiperin potensial transferi ilə bağlı artıq danışıqlara başlayıb.
Bulkanın fransız klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub, lakin onun "Nitsa" ilə müqaviləsini uzatmaq üçün danışıqların dayandırıldığı bildirilir.
Futbolçunun özü də növbəti transfer pəncərəsində komandasını dəyişmək istəyir.
Qeyd edək ki, polşalı qolkiper bu mövsüm 34 oyun keçirib və 8 matçda qapısını toxunulmaz saxlayıb.
- Səudiyyə Ərəbistanı təmsilçisi Vinisiusdan əl çəkmir – Braziliyalı ulduz getmək istəmir
- "Arsenal"ın müdafiəçisi italyanların radarına düşüb
- Azərbaycan millisinin baş məşqçisi: "Haiti heç də zəif rəqib deyil"
- Azər Məmmədov: "Azərbaycan derbisinin yalnız adı qalıb" - Müsahibə
- Mikautadze Premyer Liqa yolunda
0
0