“Bavariya” qələbə qazandı, 17 yaşlı futbolçusu tarixə düşdü
10.12.2025 - 10:57
“Bavariya” qələbə qazandı, 17 yaşlı futbolçusu tarixə düşdü

UEFA Çempionlar Liqasında “Bavariya” “Sportinq”i 3:1 hesabı ilə məğlub edərək, mövsümdə 5-ci qələbəsini qazanıb.

Apasport.az xəbər verir ki, "Bavariya"nın gənc ulduzu Lennart Karl vurduğu qolla tarixə düşüb.

Karl Çempionlar Liqası tarixində ardıcıl üç matçda qol vuran ən gənc oyunçu olub.

17 yaşlı futbolçu əsas komandaya bu mövsüm yüksəlib. O, "Bavariya"nın heyətində 19 oyuna çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.