Quti Hernandez: "Ardanın "Real Madrid"dəki karyeramı keçəcəyinə əminəm"
22.10.2025 - 19:46
"Arda Güler "Real Madrid" tarixinin ən yaxşı 5 yarımmüdafiəçisindən biri olacaq".
Apasport.az xəbər verir ki, bunu Madrid klubunun əfsanə futbolçularından Quti Hernandez deyib.
O, "Arda "Real Madrid"də sizi geridə qoya biləcəkmi?" sualına belə cavab verib:
"Arda Gülerin "Real Madrid"dəki karyeramı keçəcəyinə əminəm. Buna heç bir şübhəm yoxdur".
Bu mövsüm "Real Madrid" forması ilə FIFA Klublararası Dünya Kuboku da daxil olmaqla 17 matçda forma geyinən Arda 4 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
- Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib
- KL: "Samsunspor"un pley-offdakı rəqibi bəlli olub - YENİLƏNİB
- "Barselona" Niko Uilyamsı "qara siyahı"ya salıb
- Azərbaycanlı hakim Belçikada yenilənmə kursunda iştirak edib
- Arda Turan: "Bəlkə də "Şaxtyor"u məndən daha yaxşı çalışdıra bilərdi”
0
0