Londonun “Arsenal” klubu Fransanın “Lill” komandasında çıxış edən yarımmüdafiəçi Əyyub Buhəddini transfer etmək istəyir.
Apasport.az xəbər verir ki, “topçular” 18 yaşlı vunderkind ilə artıq əlaqə saxlayıb.
Mənbənin məlumatına əsasən, Əyyub Buhəddinin potensial transfer dəyəri təxminən 45 milyon avro civarında qiymətləndirilir.
Qeyd edək ki, “Mançester Siti”, “Mançester Yunayted” və “Liverpul” da daxil olmaqla bir sıra Premyer Liqa nəhəngləri fransız futbolçunun durumunu yaxından izləyir.
“Transfermarkt” portalının məlumatına görə, Əyyub Buhəddinin hazırkı bazar dəyəri 40 milyon avro təşkil edir.
- Qurban Qurbanov media nümayəndələrinin suallarını cavablandıracaq
- Dursun Özbek: "Qalatasaray"la Çempionlar Liqasını qazanmaq istəyirəm"
- "İnter" Çalhanoğlu transferi barədə: "Razılığa gəlmək mümkün deyil"
- PSJ-nin yarımmüdafiəçisi: "Liverpul"dan daha güclüyük"
- ÇL: Van Deyk unikal göstəriciyə imza atıb