Ramos Meksikada debüt qolunu vurub
03.03.2025 - 09:37
"Monterrey"in mərkəz müdafiəçisi Serxio Ramos Meksikada debüt qolunu vurub.
Apasport.az xəbər verir ki, 38 yaşlı futbolçu bu gün "Santos Laquna" ilə keçirilən matçda fərqlənib.
Serxio Ramosun Meksika çempionatında ilk qolu
İspaniyalı futbolçu 57-ci dəqiqədə hesabı 2:1 edib. Ulduz müdafiəçi final fitinə qədər oynayıb. Bu, Serxio Ramosun "Monterrey"də forma geyindiyi 2-ci matç idi.
Ramosun Meksikaya keçidi
Xatırladaq ki, “Real Madrid”in sabiq kapitanı fevralın əvvəlində Meksika təmsilçisinin heyətinə qoşulmuşdu.
"Monterrey" – "Santos Laquna" oyununun xülasəsi
Qeyd edək ki, "Monterrey" - "Santos Laquna" matçı 4:2 ev sahiblərinin xeyrinə başa çatıb.
- “Qalatasaray”dan Barış Alper Yılmaz və Abdülkerim Bardakcı açıqlaması
- Abbas Hüseynov: "Romao və Juninyo üçün darıxıram" - Müsahibə
- Tennisçilərimiz Almaniya və Çexiyada beynəlxalq yarışa qatılıblar
- "Araz-Naxçıvan" daha bir futbolçusu ilə müqavilə yeniləyib
- Serdar Dursun İranlı azarkeşləri hövsələdən çıxartdı - VİDEO
0
0