Teo Hernandez “Əl-Hilal”da
10.07.2025 - 20:18
Müdafiəçi Teo Hernandez klubunu dəyişib.
Apasport.az xəbər verir ki, "Əl-Hilal" 27 yaşlı fransalı ilə müqavilə imzaladığını açıqlayıb.
Teo "Əl-Hilal"la 2028-ci ilin ortalarına qədər 3 mövsümlük müqavilə imzalayıb.
Klub Hernandez üçün "Milan"a 25 milyon avro ödəyib.
Teo Səudiyyə Ərəbistanı klubunda 19 nömrə ilə çıxış edəcək.
Hernandez bundan əvvəl “Milan”ın heyətində 262 rəsmi oyun keçirib, 34 qol vurub və komanda yoldaşlarına 45 məhsuldar ötürmə edib.
- ÇL: Həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb
- Vasili Berezutski: "Bizim istəyimizə uyğun futbolçu deyillər"
- Azərbaycan Kuboku: "Qaradağ Lökbatan"dan darmadağın - YENİLƏNİB
- "Turan Tovuz"un İdarə Heyətinin sədri Bernd Ştange ilə görüşüb
- "Çelsi" gənc müdafiəçi üçün "Arsenal"la mübarizə aparır
0
0