İyunun 1-də Dənizkənarı Milli Park ərazisində voleybol festivalı keçiriləcək.
Apasport.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə baş tutacaq tədbir saat 10:00-da start götürəcək.
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən festivalda 12 yaşadək voleybolçu qız və oğlanlardan ibarət komandalar iştirak edəcəklər.
Onlar arasında simvolik yarışlar və müxtəlif oyunlar təşkil olunacaq.
Tədbirin keçirilməsində məqsəd uşaqların idmana marağını artırmaq, sağlam həyat tərzini təbliğ etmək və dostluq, komanda ruhu kimi dəyərləri təşviq etməkdir.
- "Bavariya"dan Musiala açıqlaması
- Misli Premyer Liqası və Azərbaycan kuboku yeni mövsümdə də “CBC Sport”da
- Orxan Əliyev: “Millidə də buna davam etmək niyyətindəyəm”
- Dünya ulduzları “Qarabağ”ın bazasında: Nurməhəmmədov və başqaları - VİDEO
- Səudiyyə Ərəbistanı təmsilçisi Vinisiusdan əl çəkmir – Braziliyalı ulduz getmək istəmir