İmmobile İtaliyaya qayıda bilər
19.04.2025 - 17:47
"Beşiktaş"ın mərkəz hücumçusu Çiro İmmobile Türkiyə Super Liqasını tərk edə bilər.
Apasport.az xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat yayıb.
Onun sözlərinə görə, A Seriya klubları təcrübəli hücumçunun transferində maraqlıdır.
"Transfermarkt" 35 yaşlı forvardın bazar dəyərini 2,8 milyon avro olaraq qiymətləndirir.
İmmobile Super Liqanın cari mövsümündə 25 oyun keçirib. İtaliyalı futbolçu 11 qol vurub və 3 məhsuldar ötürmə edib.
- Aleksandr Çertoqanov: "Millidəki futbolçular özlərinə inanmırlar"
- Raşford Çempionlar Liqasında Bekhemin göstəricisini təkrarlayıb
- Messiyə gözlənilməz evlilik təklifi - VİDEO
- "Şaxtyor" - "Beşiktaş" matçının hakimi bəlli olub
- Rafael Fiziyevin rəqibi: "Azarkeşlərə üç raunddan ibarət şou göstərmək istəyirəm"
0
0