TFF "Fənərbaxça" və "Qalatasaray"ı derbiyə görə cəzalandırdı
16.01.2026 - 14:55
Türkiyə Futbol Federasiyasının (TFF) İntizam Komitəsi (PFDK) Super Kubok oyunu ilə bağlı qərarlarını açıqlayıb.
Apasport.az xəbər verir ki, bu barədə TFF məlumat yayıb.
Qərara əsasən, "Fənərbaxça" meydanda baş verən insidentlərə görə 330 min TL məbləğində cərimələnib.
"Qalatasaray" isə Super Kubokun mükafatlandırma mərasimində iştirak etmədiyinə görə 1 milyon 100 min TL cərimə olunub. Bundan əlavə, meydanda yaşanan insidentlərə görə “sarı-qırmızılılar”a 220 min TL məbləğində əlavə cəza tətbiq edilib.
- "Fənərbaxça" İrfan Can Kahvecini göndərdi: Bu kluba icarəyə getdi
- Nigar Mirzəliyeva: "Ölkəmizi tanıtmaq üçün çox çalışacağam"
- "Zirə"nin və millinin çalışdırıcısı: "Əsas məsələ Azərbaycanı xarici ölkələrdə yaxşı təmsil etməkdir"
- “Milan”, “Napoli” və “Roma” eyni forvardla maraqlanır
- Polşa klubu ruslara görə beynəlxalq yarışdan imtina etdi
0
0