Benjamin Şeşko İngiltərə Premyer Liqasının növbəti turunda "Mançester Yunayted"in "Börnli" ilə 2:2 hesablı heç-heçəsi zamanı matçın qəhrəmanı olub.
Apasport.az xəbər verir ki, 22 yaşlı hücumçu görüşdə dubla imza ataraq, əvvəlki doqquz oyunda davam edən qol həsrətinə son qoyub. Bu, Şeşkonun “qırmızı şeytanlar”ın heyətində ilk dublu olub. Bununla belə, sloven futbolçu daha çox qol vurmaq şansları da yaradıb.
Məlumata görə, Şeşko Premyer Liqada son on mövsümdə bir oyunda qapıya 7 və ya daha çox zərbə endirən, həmçinin 7 və ya daha çox dueldən qalib ayrılan ikinci futbolçu olub. Bu göstəriciyə daha əvvəl yalnız Harri Keyn nail olmuşdu. Həmin hadisə 2017-ci ildə baş vermişdi.
Qeyd edək ki, Benjamin Şeşko ötən yay "RB Leypsiq"dən “Mançester Yunayted”ə transfer olunub.
- "Bavariya" "Bayer"in futbolçusunu transfer etməyə yaxındır
- Flik: "Tezliklə onu "Barselona"nın kapitanı kimi görəcəyik"
- Mourinyo: “Bizim Mbappe, Vinisius, Yamal kimi futbolçularımız yoxdur"
- Nigeriya yığması üçün qorxulu an: Ndidi və Osimhenin olduğu təyyarə təcili eniş etdi
- Azərbaycanın iki boksçusu dünya çempionatında mərhələ adlayıb