Bakıda 483 cüdoçu birincilik uğrunda mübarizə aparacaq
03.11.2026 - 21:07
Noyabrın 7-8-də Abşeron Olimpiya İdman Kompleksində 14 yaşadək yeniyetmələr arasında cüdo üzrə Bakı şəhər birinciliyi keçiriləcək.
Apasport.az xəbər verir ki, yarışda 73 klub və idman cəmiyyətindən ümumilikdə 483 cüdoçu iştirak edəcək.
İdmançılardan 417-si oğlan, 66-sı isə qızdır. Yeniyetmələr 18 çəki dərəcəsində mübarizə aparacaqlar.
Turnirin keçirilməsində əsas məqsəd kvotalar əsasında Azərbaycan birinciliyində iştirak etmək hüququ qazanacaq cüdoçuları müəyyənləşdirməkdir.
- Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
- Cüdo üzrə Bakı birinciliyi keçiriləcək
- Cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
- Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
- Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
0
0