
Fransa millisinin sabiq futbolçusu Mişel Platini bu gün səhər saatlarında qarət edilib.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, evin yaxınlığındakı ərazidə saxlanılan 20-yə yaxın medal və kuboku götürərək qaçıb.
Marsel prokurorluğu artıq araşdırmalara başlayıb, dəymiş ziyanın məbləği hələ dəqiqləşməyib.
Platini 1976-1986-cı illərdə Fransa millisində çıxış edib. Bu müddət ərzində o, Avropa çempionu olub və dünya çempionatının bürünc medallarını qazanıb.
Qeyd edək ki, Platini 2007-2015-ci illərdə UEFA-nın prezidenti olub, korrupsiya iddialarına görə vəzifəsini vaxtından əvvəl tərk edib.
- Qara Qarayev: "Komandamızın texniki-fiziki tərəflərini tez bir zamanda bərpa etməliyik"
- Arda Güler İtaliya yolunda
- "Mançester Yunayted"in ulduzu "Yuventus"un hədəfində
- Messi "Barselona"nın dəvətindən imtina edə bilər
- Vadim Abdullayev: "Qarabağ"dan sonra ən yaxşı və ən möhkəm komanda "Araz-Naxçıvan"dır"