Milli komandamızın baş məşqçisi Canni De Byazi iki cəzalı futbolçudan birini AVRO-2024-ün seçmə mərhələsində Belçikaya qarşı keçiriləcək səfər oyununa aparıb.
Apasport.az xəbər verir ki, İsveçlə görüşdə sarı vərəqə alaraq cəzalı duruma düşən Ramil Şeydayev yığma ilə birlikdə Belçikaya yollanıb.
Karyerasını Taylandın “Buriram Yunayted” klubunda davam etdirən 27 yaşlı Şeydayev həmin ölkəyə də məhz Brüsseldən gedəcək. İsveçlə matçda qırmızı vərəqə alan müdafiəçi Bəhlul Mustafazadə isə yığmanın düşərgəsini tərk edərək Bakıda qalıb.
Qeyd edək ki, millimiz Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə İsveçi 3:0 hesabı ilə məğlub edib. Noyabrın 19-da Brüsseldə baş tutacaq Belçika – Azərbaycan oyununun start fiti Bakı vaxtı ilə saat 21:00-da veriləcək.
- Dərsimiz səbir, mövzumuz “Neftçi” - Köşə
- "Neftçi" azarkeşləri üçün pulsuz elektrokardioqramma - Təklif
- Junior Martins: "Kim Avropa Liqasında oynamaq istəməz?!" - Müsahibə
- Futbolumuzun qanqren barmaqları - Gəldim sizi xəbərdar eləyim
- Fan-klub liderindən etiraf: Rəhbərlik Samir Abasova qarşı bizi doldurmuşdu