Elçin Məsiyev Avropa çempionatının final mərhələsinə təyinat alıb
05.03.2025 - 15:14
FIFA referisi Elçin Məsiyev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında bu il Slovakiyada keçiriləcək Avropa çempionatının final mərhələsinə təyinat alıb.
Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, I kateqoriyaya malik ədalət təmsilçisinin hakimlər briqadasında Elşad Abdullayev və Pərvin Talıbov köməkçi hakim funksiyasını yerinə yetirəcəklər.
Avropa çempionatının final mərhələsi iyunun 11-28-i aralığında 16 komandanın iştirakı ilə keçiriləcək.
- Seriya A klubu "Yunayted"in futbolçusu ilə maraqlanır
- Rəşad Sadıqov: "Hakimlik haqda danışmaq istəmirəm, hər şey ortadadır"
- III MDB Oyunlarının Təşkilat Komitəsinin birinci iclası keçirilib
- Taekvondoçumuz Türkiyə Açıq beynəlxalq turnirində bürünc medal qazanıb
- Millimiz təlim-məşq toplanışının ilk mərhələsini yekunlaşdırıb
0
0