“Arsenal”ın futbolçusu üçün 15 milyon
15.03.2022 - 00:42
“Fiorentina” Lukas Torreyranı transfer edəcək.
Apasport.az saytının məlumatına görə, İtaliya klubu İngiltərə “Arsenal”ından icarəyə götürdüyü yarımmüdafiəçini heyətində saxlamağa qərar verib.
Florensiyalılar bunun üçün 15 milyon avro ödəməlidir. Londonlular da 25 yaşlı oyunçu ilə vidalaşmağa hazırdır.
Lukasın özünə 2026-cı ilədək nəzərdə tutulan müqavilə təklif ediləcək. Cənubi amerikalı ildə 3 milyon avro qazanacaq.
Qeyd edək ki, Torreyra A seriyasının cari mövsümündə 24 oyun keçirib və 3 qol vurub.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0