“Barselona” ilə anlaşdı - Depay
16.05.2021 - 09:37
“Lion”un hücumçusu Memfis Depay karyerasını İspaniyada davam etdirəcək.
Apasport.az saytının “L'Equipe” nəşrinə istinadən məlumatına görə, Niderland millisinin forvardı “Barselona” ilə anlaşıb.
Danışıqların yalnız son detalları müzakirə olunacaq. Hətta baş məşqçi Ronald Kuman postunda qalacağı təqdirdə, 27 yaşlı futbolçu maliyyə tələblərini azaltmağa da hazırdır. Depayın “Lion”la müqavilə müddəti iyulun 1-nə qədər olduğundan, bu keçid kataloniyalılara havayı başa gələcək.
Qeyd edək ki, Memfis Depay cari mövsüm Fransa çempionatında 35 oyunda 19 qol vurub.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0