"Çittadella"nın yarımmüdafiəçisi Cüzeppe Panikonun "Qarabağ"a transferi bu həftə reallaşa bilər.
Apasport.az saytının məlumatına görə, İtaliya B seriyası təmsilçisi 23 yaşlı pleymeykerin son qərarını gözləyir.
"Qarabağ" Panikonu ən geci mövsümün sonunda heyətinə cəlb etmək üçün onun razılığını almağa çalışır. Futbolçu ilə bu yöndə danışıqlar davam edir. "Çittadella" rəhbərliyi isə ilk növbədə aparıcı oyunçusu ilə yaya qədər olan müqavilə müddətini uzatmaq niyyətindədir. Hətta ona təklif də edilib və son qərarı gözlənilir.
Əgər Paniko yeni müqavilə təklifinə müsbət cavab verməsə, "Çittadella" pul qazanmaq üçün onu qarşıdakı günlərdə "Qarabağ"a satacaq. Bunun üçün isə italyanların çox vaxtı qalmayıb. Çünki bu həftənin sonunda "transfer pəncərəsi" bağlanacaq. Panikonun "Çitadella"da qalacağı, yoxsa "Qarabağ"a keçəcəyi həmin vaxta qədər müəyyənləşəcək. Onunla həmçinin B seriyasının bir neçə klubu da maraqlanır.
Qeyd edək ki, Cüzeppe Paniko "Çittadella"ya 2018-ci ilin yayında "Cenoa"dan keçib.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı