“Dünya çempionatı ilə bağlı təklif ağılsızlıqdır” – Aleksander Çeferin
29.05.2021 - 12:37
“Dünya çempionatı ilə bağlı təklif ağılsızlıqdır” – Aleksander Çeferin

UEFA prezidenti Aleksander Çeferin dünya çempionatının iki ildən bir keçirilməsi ideyasına münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, sloveniyalı futbol funksioneri bunu ağılsızlıq sayır.

Onun fikrincə, mundial iki ildən bir keçirilərsə, əksər komandalar orada iştirak etməyəcək: “Bu mümkün deyil, məntiqsiz fikirdir. 2022-ci ildən sonrakı dünya çempionatı 2026-cı ildə, Avropa çempionatı isə 2028-ci ildə keçiriləcək. 2028-ci ildə dünya çempionatı təşkil olunarsa, Avropa komandaları qatılmayacaq. Cənubi Amerika komandaları da Amerika Kubokunda iştirak edirlər və belədə mundialda oynamayacaqlar. Bu təklif ağılsızlıqdır. Bilmirəm niyə buna ehtiyacımız var. Kimsə hər şeyi savadlı bir şəkildə əsaslandıra bilərsə, dinləməyə hazıram. Ancaq mövcud təqvimlə mümkün deyil”.

Çeferin bu addımın həm də futbolçuların zədələrinin artmasına səbəb olacağını düşünür: “Hər il futbolçular çox sayda turnirə qatılırlar. Onsuz da, sıx təqvimə görə zədə sayında artım var. Bu təklif isə dəstəyi olmayan siyasi bir hərəkətdir”.

0