İngiltərənin “Mançester Siti” klubu sabiq futbolçusu Ceydon Sançonu heyətinə qata bilər.
Apasport.az saytının məlumatına görə, mançesterlilər İngiltərə yığmasının gənc yarımmüdafiəçisini geri qaytarmaq niyyətindədir.
Buna əsas səbəb İngiltərənin digər klublarının da C.Sançoya elçi düşməsidir. “Liverpul” və “Mançester Yunayted”in Dortmund “Borussiya”sı ilə danışıqlar aparmağa başlamasıdır.
Əsas rəqiblərinin 19 yaşlı futbolçu ilə güclənməsini istəməyən “Mançester Siti” yarımmüdafiəçini özü transfer etmək fikrinə düşüb.
Qeyd edək ki, C.Sanço 2017-ci ildə “Mançester Siti”dən “Borussiya”ya 8 milyon funt sterlinqə keçib.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı