İngiltərənin “Mançester Yunayted” klubunun qış transfer planları dəyişib.
Apasport.az saytının məlumatına görə, bunu Premyer Liqa təmsilçisinin baş məşqçisi Ole-Qunnar Sulşer açıqlayıb.
O bildirib ki, mançesterlilər təcili bir neçə oyunçu almaq məcburiyyətində qalıb. Buna səbəb Pol Poqba və Skott Maktominayın zədələnməsidir. Onların müvafiq olaraq, 1 və 2 ay müddətinə sıradan çıxması komandanı çətin vəziyyətə salıb. Bu üzdən də qarşıda vacib oyunları olan klub rəhbərliyi transfer bazarında fəallığı artırıb.
Qeyd edək ki, P.Poqba XXI turun “Arsenal”la dünənki matçında iştirak edə bilməyib. S.Maktominay isə XIX turun “Nyukasl”la görüşündə zədələnib.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı