
İngiltərənin “Mançester Yunayted” klubu Premyer Liqa komandaları ilə oyunlarda ardıcıl 13-cü səfər qələbəsini qazanıb.
Apasport.az saytının məlumatına görə, bu, Liqa kubokunun 1/4 finalında gerçəkləşib.
“Everton”un qapısından iki cavabsız qol keçirən Ole-Qunnar Sulşerin yetirmələri bütün turnirlər nəzərə alınmaqla seriyasını 13-ə çatdırıb. Bu, klubun tarixində yeni rekorddur.
Mançesterlilər səfərdə sonuncu dəfə iyunun 19-da büdrəyib. Həmin vaxt Premyer Liqanın “Tottenhem”lə görüşündə heç-heçə qeydə alınıb – 1:1.
Qeyd edək ki, “qırmızı şeytanlar” çempionatın turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.