“Milan” şərtini açıqladı – Donnarummanın meneceri razı deyil
03.05.2021 - 17:10
“Milan” qapıçısı Canluici Donnarumma ilə yeni müqavilənin şərtləri barədə razılığa gələ bilmir.
Apasport.az saytının məlumatına görə, “rossonyerlər” 22 yaşlı qolkiperə son təklifini edib.
Rəhbərlik ona illik 8 milyon avrodan çox ödəniş etməyə hazır deyil. Ulduz futbolçunun meneceri Mino Rayola isə başqa klubdan daha sərfəli təklif aldıqlarını söyləyib. Bir müddət əvvəl “Yuventus” İtaliya millisinin üzvünə illik 10 milyon avro məvaciblə müqavilə təklifi edib.
Qeyd edək ki, hazırkı qazancı 6 milyon avro olan Canluici Donnarummanın “Milan”la sözləşmə müddəti mövsümün sonuna qədərdir.
0
0