“Qarabağ”ın futbolçusu Azərbaycan millisindən kənarlaşdırılıb
04.09.2019 - 14:51

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
APA-nın məlumatına görə, “Qarabağ”ın futbolçusu Rahil Məmmədov AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da Uels yığması ilə keçirəcəyi oyuna yollanan heyətdən çıxarılıb.
Buna səbəb R.Məmmədovun bu gün səhər məşqində zədəsini yeniləməsi olub. Komandanın həkiminin rəyinə və baş məşqçinin qərarına əsasən millidən ayrılıb.
0
0
Rahil Məmmədov
zədə
Azərbaycan millisi