“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi Təl-Əviv “Makkabi”si ciddi problem yaşayır.
Apasport.az saytının İsrail mətbuatına istinadən məlumatına görə, klub rəhbərliyi baş məşqçi Giorqos Donisin qapıçı transferi istəyini reallaşdırmayıb.
Yunanıstanlı çalışdırıcı PAOK-da çıxış edən həmyerlisi Aleksandros Paskalakisin alınmasını tələb edib. Lakin Saloniki təmsilçisinin Yunanıstan millisinin üzvü üçün yüksək məbləğ istəyi keçidin reallaşmasına mane olub. Bu səbəbdən “Makkabi” yalnız braziliyalı Daniel Tenenbaumun ümidinə qalıb.
Qeyd edək ki, “Makkabi” qrupda ilk oyununu oktyabrın 22-də Təl-Əvivdə “Qarabağ”a qarşı keçirəcək. İ qrupunda həmçinin “Vilyarreal” (İspaniya) və “Sivasspor” (Türkiyə) də mübarizə aparacaq.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”