"Qəbələ"dən ayrılan məşqçi özünə klub tapdı
16.01.2020 - 11:04
"Qəbələ"nin sabiq məşqçisi Aleksandr Qluşenkonun işsiz günləri başa çatıb.
Apasport.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, qapıçılar üzrə məşqçi fəaliyyətini bu ölkədə davam etdirəcək.
46 yaşlı mütəxəssis Rusiya I Liqasında çıxış edən "Avanqard"la anlaşıb. Yeni transferlərini açıqlayan Kursk təmsilçisi Qluşenkonun da məşqçilər korpusuna cəlb olunduğunu bəyan edib.
Qeyd edək ki, Roman Qriqorçukun dönəmindən ölkəmizdə "Qəbələ"də çalışan Aleksandr Qluşenko "qırmızı-qaralar"la ötən ilin yayında yollarını ayırıb və həmin vaxtdan bəri işsiz qalıb.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0