"Qələbəmizdə əsas faktor..." - özbəkistanlı məşqçi
21.01.2020 - 23:34
"Qələbəmizdə əsas faktor..." - özbəkistanlı məşqçi

"Bakıya gəlmək mənim üçün xoşdur. Federasiya rəhbərliyinə bizə yaratdığı şəraitə görə təşəkkür edirəm".

Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə Özbəkistan yığmasının baş məşqçisi Bahodir Ahmedov deyib.

Bakıda təlim-məşq toplanışında olan özbəklər bu gün Bakı İdman Sarayında Azərbaycan millisi ilə keçirilən yoldaşlıq görüşündə 3:2 hesablı qələbə qazanıb.

Qarşılaşmanı dəyərləndirən rəqibin çalışdırıcısı qalibiyyətin sirrini açıqlayıb: “Hər iki komandanın fərqlənmək üçün kifayət qədər imkanı oldu, amma biz bu şanslardan daha yaxşı istifadə etdik. Qələbə qazanmağımızda əsas faktor müdafiədə düzgün oynamağımızla bağlıdır. Bu da futzalda vacib amildir. Təbii ki, bu cür yoldaşlıq oyunlarında hesab ön planda gəlmir. Əsas məqsəd heyətə cəlb edilən yeni futzalçıları yoxlamaqdır. Rəqibimiz də yaxşı təsir bağışladı. Hesab edirəm ki, həm bizim, həm də Azərbaycan millisinin Litvada təşkil olunacaq dünya çempionatının final mərhələsində vəsiqə qazanmaq şansı var”.

0