Buxarest “Dinamo”sunun yarımmüdafiəçisi Dieqo Fabbrininin adı növbəti dəfə Azərbaycan klubları ilə birgə hallanıb.
Apasport.az saytının məlumatına görə, 30 yaşlı oyunçunun meneceri Florin Manea Rumıniya mətbuatına açıqlamasında bu barədə danışıb.
O bildirib ki, Azərbaycan təmsilçiləri “Qarabağ” və “Neftçi” hələ ötən ilin dekabrında İtaliya millisinin sabiq üzvü ilə maraqlanıblar. Menecerin sözlərinə görə, hazırda futbolçunun xidmətində ən çox maraqlı olan klubun “Rapid”dir: “Fabbrininin “Dinamo”da aylıq maaşı 16,5 min avrodur. Ancaq o, məvacibini vaxtında ala bilmir. Bu üzdən oyunçu özü də “Rapid”ə keçməyi düşünür”.
Qeyd edək ki, Dieqo Fabbrini karyerası ərzində vətənində "Empoli", "Udineze", "Palermo", "Siena", "Spetsia", İngiltərədə "Uotford", "Milluoll", "Birmingem", "Midlsbro", İspaniyada "Oviedo", Rumıniyada "Botoşani", Bolqarıstanda isə MOİK-in formasını geyinib. O, 2012-ci ildə İtaliya millisinin heyətində 1 matçda meydana çıxıb.