“Ronaldo əlil arabasında da qol vura bilər” – haqqında deyilən 10 gözəl fikir
14.03.2022 - 15:15
“Ronaldo əlil arabasında da qol vura bilər” – haqqında deyilən 10 gözəl fikir

Kriştiano Ronaldo, şübhəsiz ki, futbol tarixinin ən yaxşılarından biridir.

Apasport.az saytının məlumatına görə, bunu təkcə azarkeşlər yox, futbolçular və məşqçilər də təsdiqləyir.

37 yaşı olmasına baxmayaraq, hələ də qollarını sıralamaqda davam edən portuqaliyalı superulduz haqda 10 tanınmış simanın səsləndirdiyi maraqlı fikirlərlə sizi tanış edirik.

Corc Best: “İndiyədək bir çox futbolçu “Yeni Corc Best” adına layiq görülüb. Ancaq bu, ilk dəfədir mənim üçün şərəfdir”.

Zinəddin Zidan: “Meydanda Kriştiano Ronaldo varsa, 1:0 öndəsən”.

Rayan Giqqz: “Ronaldo hər formada qol vurur - ayaqları, başı, hətta sinəsi ilə. Məncə, əlil arabasında da qol vura bilər”

Jerar Pike: “Üz-üzə gəldiyim ən çətin rəqib, şübhəsiz ki, Kriştiano Ronaldodur. Gözünü ondan bir anlıq da olsa çəkməməlisən”.

Yaya Ture: “Ronaldo ilə eyni komandada oynayanda avtomatik olaraq dünyanın ən yaxşı yarımmüdafiəçisi olursan”.

Karlos Keyroş: “Necə ki, Maykl Cordan basketbolda kumirdirsə, futbolda da Kriştiano Ronaldo belədir. Onlar indiyə qədər heç vaxt görülməmiş dahidirlər”.

Florentino Peres: “Kriştiano Ronaldo qiymətsizdir”.

Joze Mourinyo: “O, ən yaxşısıdır. Heç vaxt Peleni izləməmişəm, Maradonanı da çox az görmüşəm. Amma Kriştiano fenomendir, qol maşınıdır. Zidan kimi, Ronaldodan da bir daha gəlməyəcək”.

Aleks Ferqyuson: “Mançester Yunayted”də 20 il ərzində çox yaxşı oyunçularla çalışmışam, Lakin Ronaldo, şübhəsiz ki, ən yaxşısı idi”.

Luiş Fiqu: “Kriştiano istədiyi hər şeyi edə bilər. Bəzən başımı əllərimin arasına alıb, onun gördüyü işlərə heyran qalıram”.
 

0