İtaliyanın “Yuventus” klubu hücumçusu Paulo Dibala ilə danışıqları dondurub.
Apasport.az saytının məlumatına görə, buna səbəb tərəflərin məvacib məsələsində ortaq məxrəcə gələ bilməməsidir.
Turin təmsilçisi koronavirus pandemiyasına görə yaranan maliyyə problemi üzündən Argentina millisinin üzvünə 15 milyon avro maaş və 10 milyon avro bonus ödəmək fikrində deyil. 27 yaşlı ön xətt oyunçusu isə əməkhaqqısında endirimə getməyi düşünmür.
Dibala ilə 2021-ci ildə yenidən danışıq olacaq. Əgər o zaman da razılıq əldə olunmasa, “qoca sinyora” mövsümün sonunda onun satışına çalışacaq. Çünki əks təqdirdə futbolçu 2022-ci ilin yayında başqa kluba havayı keçəcək.
Qeyd edək ki, Paulo Dibala “Yuventus”a 2015-ci ildə “Palermo”dan keçib.
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO