Mövsümün ikinci yarısına son hazırlıqlarını görən "Zirə" daha bir yoxlama oyunu keçirib.
Apasport.az saytının məlumatına görə, Türkiyədəki təlim-məşq toplanışını başa vurduqdan sonra Bakıya qayıdan paytaxt təmsilçisi "Keşlə"nin əvəzedici komandası ilə qarşılaşıb.
I divizionda çıxış edən rəqiblə görüş Zirə İdman Kompleksində baş tutub. Gözlənildiyi kimi, oyun Premyer Liqa təmsilçisinin asan qələbəsi ilə yekunlaşıb. "Keşlə-2"nin birinci hissədə vurduğu 1 qola zirəlilər 6 topla cavab veriblər. Elita klubunun heyətində Ağabala Ramazanov, Davit Volkov, Əli Şirinov və Adrian Skarlatake 1, Xulio Sezar Rodriges isə 2 dəfə rəqib qapısına yol tapıb.
Qeyd edək ki, "Zirə" ikinci yarının ilk oyununu fevralın 1-də "Sabah"a qarşı keçirəcək.
- Guendouzi "Fənərbaxça" üçün İstanbula gəlib - FOTO - YENİLƏNİB
- "Fənərbaxça" İrfan Can Kahvecini göndərdi: Bu kluba icarəyə getdi
- Deku Ter Ştegenin zədəsi ilə bağlı: "Əvəllər də bu cür zədə alıb"
- "Bavariya"nın qapıçısı Premyer Liqa klubunda
- FIFA dünya çempionatında ofsayd qərarları üçün süni intellektdən istifadə edəcək