Azərbaycan Premyer Liqasının 3 klubu cəzalandırılıb
25.03.2008 - 11:42
Azərbaycan Premyer Liqasının 3 klubu cəzalandırılıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan Premyer Liqasının 3 klubu cəzalandırılıb. «APA-Sport» agentliyinin məlumatına görə, bu qərar AFFA-nın Nizam-İntizam Komitəsinin (NİK) son iclasında qəbul olunub. Azərbaycan kubokunun ¼ final mərhələsinin cavab matçlarının yekununda qəbul edilən bu qərar nəticəsində qurumun xəzinəsinə ümumilikdə 3000 manat daxil olub. Belə ki, «İnter» və «Bakı» 5, «Qəbələ» isə 4 oyunçusunun sarı vərəqə almasna görə 1000 manat cərimə edilib. Birinci divizionda çıxış edən «NBC» klubu 4 oyunçusunun sarı vərəqə almasına 100, digər iki oyunçusuna görə 220 manat xərcə düşüb. İkinci sarı vərəqə alaraq meydandan qovulan Hüseyn Həsənov 1 oyun və 20 manat cəzalanıdırılıb, hakimləri təhqir edərək texniki zonadan qovulan ehtiyat qapıçı Kamal Bayramov 2 matç və 200 manat cərimələnib. Bir-birini təhqir etdiyi üçün meydandan qovulan İsabala İsrafilov («Şahdağ») və Namiq Həsənov (MOİK) da 200 manat ödəyib, iki tur «istirahət edəcəklər». «Abşeron» klubu isə 6 oyunçusunun xəbərdarlıq almasına görə 100 manat cəzalandırılıb. Ümumilikdə, NİK-in son iclasında 7 kluba qarşı üst-üstə 3820 manat cərimə tətbiq olunub.
0