Azərbaycan milli komandası sabah Litva ilə qarşılaşacaq
25.03.2008 - 13:58
Azərbaycan milli komandası sabah Litva ilə qarşılaşacaq
Estoniyada baş tutan həmin qarşılaşmada millimiz 2:1 hesabı ilə qalib gəlib, komandamızın qollarını isə Rasim Abışovla Vyaçeslav Lıçkin vurub. Sabah keçiriləcək qarşılaşma həm də millini rəsmi matça çıxaran 11-ci baş məşqçinin debütü olacaq. Bu funksiyanı icra edəcək Nazim Süleymanov Şahin Diniyevdən sonra həm oyunçu, həm məşqçi kimi millini təmsil edən ikinci mütəxəssis olacaq. Onun litvalı həmkarı təcrübəli Algimantas Lyubinskas isə keçmiş SSRİ-nin rekordçusudur. 31 yaşında güclülər dəstəsində çıxış edən «Jalgiris»ə başçılıq edən mütəxəssis milli komandanı 70-dən artıq oyuna çıxarıb. O həmçinin «Kareda», «Paneris», «Ekranas» və Polşanın «Jaqelloniya» klublarına rəhbərlik edib. Azərbaycan və Litva futbolunun qarşıdurması SSRİ çempionatlarının «Neftçi» – «Jalgiris» rəqabətindən başlayıb. «Birlik kuboku» turnirində də dəfələrlə qarşılaşan təmsilçilərimiz UEFA-İntertoto kubokunda da görüşüb. «Bakı fəhləsi» – «İnjkaras» cütünün taleyini penaltilər seriyası rəqibin xeyrinə həll edib. Azərbaycan çempionatında kifayət qədər litvalı futbolçu – Valdas Trakis, Egidius Yuşka, Darius Jutautas, Tomas Rajanauskas, Andrius Gedqaudas və Edvinas Lukoşeviçyus çıxış edib. Əks marşruta üstünlük verən yeganə futbolçumuz isə Elman Sultanov olub. Qeyd edək ki, sabahkı oyunun keçiriləcəyi «Vetra» stadionu 5-ci dəfə milli komandanı qəbul edir. Litvalılar bu arenada 1 qələbə qazanıb, 1 heç-heçə edib və 2 dəfə məğlub olub: son 3 qarşılaşmada qələbə qazana bilməyib.
0