Avropanın futbol üzrə milli komandaları arasında yoldaşlıq görüşləri keçirilib
27.03.2008 - 12:50
Avropanın futbol üzrə milli komandaları arasında yoldaşlıq görüşləri keçirilib
Yığmamızın rəqiblərindən Lixtenşteyn yığması Maltaya böyük hesabla məğlub olub (1:7). Vaxtilə millimizlə yoldaşlıq görüşündə fərqlənən Mikael Mifsud lixtenşteynlilərin qapısına vurulan 7 qoldan 5-nin müəllifi olub. Rusiya yığması da səfər matçında böyük hesabla uduzub (0:3). Rusiya kimi qrupumuzun favoriti olan, iyunda Avropa çempionatının final mərhələsində iştirak edəcək Almaniya isə böyük hesabla qələbə qazanıb (4:0). “Ştutqart”ın milliyətcə braziliyalı hücumçusu Mario Qomes bu oyunda iki qola imza atıb. Digər iki qolu isə “Bavariya”nın polyak əsilli hücumçuları Miroslav Kloze ilə Lukas Podolski vurub. Milli komandamızın qarşıdakı seçmə mərhələdə ilk rəqibi olacaq Uels Lüksemburqda 2:0 hesablı qələbə qazanıb. Yığmamızın digər rəqibi Finlandiya isə rəqib meydanında hesabda irəli olduğu halda, sonda məğlubiyyətlə barışıb – 1:2. Qarşıdan gələn Avropa çempionatının final mərhələsinə ev sahibliyi edən İsveçrə kimi Avstriya da öz meydanında acınacaqlı məğlubiyyət alıb. Avstriyalılar Hollandiya ilə görüşdə hesabda 3:0 irəli olduğu halda, sonda meydanı məğlub 3:4 hesablı məğlubiyyətlə tərk ediblər. Avropa çempionatının həlledici mərhələsində çıxış etmək hüququ qazanan Türkiyə yığması Tuncay Şanlı ilə Tümər Mətinin qolları sayəsində Belarusla oyunda məğlubiyyətdən yaxa qurtara bilib (2:2). Son Avropa çempionatının final oyununda görüşən Portuqaliya ilə Yunanıstanla qarşılaşmasında yenə meydan sahibləri məğlub olublar. Qeyd edək ki, Yunanıstan 4 il öncə Portuqaliyada keçirilən Avropa çempionatında rəqibini həm qrupda, həm də finalda yenərək, sonda çempion olmuşdu.

Bolqarıstan – Finlandiya – 2:1
Zdravko Lazarov, 49, Anton Gençev, 90 – Yari Litmanen, 22-pen
Estoniya – Kanada – 2:0
Stalteri, 59-öz qapısına, Vyaçeslav Zahovayko, 90
Macarıstan – Sloveniya – 0:1
Mirnes Sisiç, 58
Ukrayna – Serbiya – 2:0
Andrey Şevçenko, 54, Sergey Nazarenko, 57
İsrail – Çili – 1:0
Yosi Benayun, 30
Ermənistan – Qazaxıstan – 1:0
Edqar Manuçaryan, 68
Belarus – Türkiyə - 2:2
Vitali Kutuzov, 34, Vyaçeslav Qleb, 64 – Tuncay Şanlı, 37, Tümər Mətin, 70
Çernoqoriya – Norveç – 3:1
İqor Burzanoviç, 7, Branko Boşkoviç, 37, Radomir Caloviç, 60 – Con Karyu, 72
Rumıniya – Rusiya – 3:0
Çiprian Marika, 45, Daniel Nikulae, 61, Marius Nikulae, 75
Bosniya Herseqovina – Makedoniya – 2:2
Dario Damyanoviç, 17,19 – Qoran Maznov, 40, 45
Danimarka – Çexiya – 1:1
Niklas Bendtner, 25 – Yan Koller, 42
Lüksemburq – Uels – 0:2
Fredi İstvud, 37, 46
Malta – Lixtenşteyn – 7:1
Mikael Mifsud, 2-pen, 17, 21-pen, 59, 69, Ceym Peys, 35, Brayan Said, 86 – Frans Burqmeyer, 51
Slovakiya – İslandiya – 1:2
Marek Mintal, 72 – Qunar Torvaldson, 71, Eidur Qudyonsen, 82
Avstriya – Hollandiya – 3:4
Andreas İvanşits, 6, Sebastyan Prodl, 18, 35 – Klas Huntelar, 37, 86, Jonni Heytinqa, 67, Yan Venneqor of Hesselink, 83
Polşa – ABŞ – 0:3
Landon Donovan, 62, Oquçi Onyevu, 35, Eddi Luis, 73
Portuqaliya – Yunanıstan – 1:2
Nuno Qomeş, 76 – Qiorgios Katsuranis, 34, 60
Belçika – Mərakeş – 1:4
Aksel Vitsel, 50 – Sugian Alludi, 14, Tarik Sektui, 35, Nabil El Zar, 85, Abdessalam Benjellun, 90
Şimali İrlandiya – Gürcüstan – 4:1
Kil Lafferti, 25, 36, Devid Hili, 33, Levan Kobiaşvili, 87-öz qapısına – David Hili, 55-öz qapısına
İsveçrə - Almaniya – 0:4
Miroslav Kloze, 23, Mario Qomes, 61,67, Lukas Podolski, 88
Fransa – İngiltərə - 1:0
Frank Riberi, 32-pen
Şotlandiya – Xorvatiya – 1:1
Kenni Miller, 30 – Niko Krançar, 10
İspaniya – İtaliya – 1:0
David Vilya, 77
Braziliya – İsveç – 1:0
Alexandre Pato, 72
Misir – Argentina - 0:2
Serjio Aquero, 66, Nikolas Burdisso, 80
Cənubi Afrika – Paraqvay – 3:0
Surpriz Moriri, 27, Bennedict Makkarti, 46, Sipv Şabalala, 63
Meksika – Qana – 2:1
Karlos Salsido, 77, Pavel Pardo, 86-pen – Mikael Essyen, 55
0