“Xəzər-Lənkəran” – “Gənclərbirliyi” oyunu “Şəfa” stadionunda keçiriləcək
27.03.2008 - 12:56
“Xəzər-Lənkəran” – “Gənclərbirliyi” oyunu “Şəfa” stadionunda keçiriləcək
Bakı. Mehman Süleymanov-APA-Sport. Azərbaycan Premyer Liqasının XIX turunun “Xəzər-Lənkəran” – “Gənclərbirliyi” oyunu Bakıda keçiriləcək. “APA-Sport” agentliyinin məlumatına görə, Lənkəranda baş tutmalı olan matçın məkanı və vaxtı hər iki klub arasında əldə olunan razılaşmaya əsasən dəyişdirilib. Oyunun martın 29-da “Şəfa” stadionunda keçirilməsinə səbəb Lənkəran şəhər stadionunun ot örtüyünün tam hazır olmamağıdır. “Xəzər-Lənkəran” 11 aylıq fasilədən sonra öz meydanına qayıdışını martın 20-də ölkə kubokunun ¼ final mərhələsinin cavab görüşündə “Olimpik” üzərində 2:0 hesablı qələbə ilə qeyd edib. Nəticədə yarımfinala vəsiqə qazanan Ağasəlim Mircavadovun komandası “Gənclərbirliyi” ilə Bakıda görüşməyi məqsədəuyğun sayıb. Qeyd edək ki, “Xəzər-Lənkəran” cari mövsümdə paytaxtda keçirdiyi matçların heç birində qələbə qazana bilməyib.
0