Rövnəq Abdullayev: “Berti Foqtsa Azərbaycan yığmasını seçmə mərhələdən üzüağ çıxarmaq tapşırığı verilib”
30.03.2008 - 17:10
- Milli komandaya baş məşqçi təyin olunan Berti Foqtsdan nə gözləyirsiniz?
- Yalnız bir insandan nə isə gözləmək düzgün deyil. Azərbaycan futbolunun inkişafı üçün hamımız birlikdə çalışmalıyıq. Bu inkişaf yalnız Berti Foqtsdan asılı deyil. Düzdür, o, dünyada tanınmış məşqçilərindən biridir. Onun təcrübəsindən, bacarığından istifadə edərək, yığmanı irəli aparmaq olar. Qalan şeylər isə bizdən asılıdır. Şərait yaratmalı, klublarda yüksək səviyyəli məşqlər keçirilməli, uğurlu seçim aparılaraq, milli komandaya layiqli futbolçular seçilməlidir.
- AFFA rəhbərliyi nəyə görə məhz Berti Foqtsla əməkdaşlıq etmək qərarına gəldi?
- Baş məşqçi postuna 400-dək namizəd var idi. İndi Azərbaycanın imkanları böyükdür. Biz daha yaxşı adları ölkəmizə gətirə bilərdik, ancaq onlar bura gəlmək istəmirlər. Konkret Foqtsa gəlincə, o, Almaniya yığmasının heyətində dünya çempionu olub. 1996-cı ildə pis vəziyyətdə Almaniyaya Avropa çempionu titulu qazandırıb. Ən əsası isə o, Nigeriya kimi futbolu aşağı səviyyədə olan ölkədə yaxşı nəticələr göstərib. Ona üstünlük verməyimizdə əsas amillərdən biri məşqçinin təcrübəsi idi.
- Dünya çempionatının seçmə mərhələsində Foqtsun qarşısına hansı vəzifə qoyulub?
- Yeni baş məşqçiyə yığmamızı seçmə mərhələdən üzüağ çıxarmaq tapşırığı verilib. Bütün səylərimizi birləşdirərək, Azərbaycanın seçmə oyunlarda ulduz kimi parlamasına çalışacağıq.
- Sirr deyilsə, yeni baş məşqçi AFFA-ya neçəyə başa gəlib? Almaniya mətbuatının yaydığı məlumata görə, müqavilənin maddi dəyəri 1 milyon ABŞ dollarına bərabərdir. Bu xəbər nə dərəcədə həqiqətəuyğundur?
- Əslində, müqavilənin maddi dəyərini gizlətməyə lüzum yoxdur. Ancaq konkret məbləği razılaşma bağlanandan sonra açıqlaya bilərik. Hesab edirəm ki, Azərbaycan futbolunun inkişafı üçün milyon dollar da azdır.
- Sizcə, Azərbaycan futbolunun əsas problemləri nədir?
- Problemlər o qədərdir ki, saymaqla qurtarmaz. Uşaq futbolundan tutmuş milli komandayadək bütün sahələrdə çatışmazlıqlar mövcuddur. Müəyyən proqram əsasında problemlərin həllinə səy göstərəcəyik.
- Yığmamız üçün bazanın inşa olunmasına nə vaxtdan başlanılacaq?
- Bununla bağlı müxtəlif variantlar var. Baza, futbol akademiyasının, tibbi-bioloji mərkəz inşa etmək niyyətindəyik. Bundan başqa, gələcəkdə görüləsi işlərimiz çoxdur.
- Futbola sərmayə qoyanların vergidən azad olunması barədə layihə Milli Məclisdə nə zaman müzakirəyə çıxarılacaq?
- Nazirlər Kabinetinə məktubla müraciət etmişik. Yəqin ki, mayda bu məsələ ilə bağlı Milli Məclisdə fikir mübadiləsi aparılacaq.
- Artıq iki həftədir AFFA prezidenti vəzifəsini yerinə yetirirsiniz. Assosiasiyanın mənfi cəhətləri hansılardır?
- Müsbətlə müqayisədə mənfi cəhətlər daha çoxdur. Təbii ki, belə çatışmazlıqları tezliklə aradan götürməli, düzəltməliyik.

0
0