Elmar Xeyirovun komandası yarımfinala yüksəlib
03.04.2008 - 10:29
Elmar Xeyirovun komandası yarımfinala yüksəlib
Qomel. Vüqar Xeyrullayev-APA-Sport. Azərbaycan olimpiya yığmasının oyunçusu Elmar Xeyirovun çıxış etdiyi “MTZ-RİPO” klubu Belarus kubokunun yarımfinalına yüksəlib. “APA-Sport” agentliyinin məlumatına görə, 21 yaşlı yarımmüdafiəçinin komandası ¼ final mərhələsinin cavab matçında “Qomel”ə 0:2 hesabı ilə uduzsa da, yarımfinala vəsiqəni təmin edib. İlk matçda 4 cavabsız top vuran “MTZ-RİPO”nun baş məşqçisi Yuri Puntus bu dəfə E.Xeyirovu meydana buraxmağa ehtiyac duymayıb. Minsklilərin kubokda növbəti rəqibi ölkə çempionu BATE olacaq.
0