“Standard” ən məhsuldar hücumçusunu itirib
03.04.2008 - 11:27
“Standard” ən məhsuldar hücumçusunu itirib
Bakı. Mehman Süleymanov-APA-Sport. Bakının “Standard” klubu ən sərrast futbolçusu olan Sebastyan Martinesi itirib. “APA-Sport” agentliyinin məlumatına görə, 27 yaşlı uruqvaylı hücumçu Azərbaycan Premyer Liqasının növbəti turunda Zaqatalanın “Simurq” klubu ilə “Şəfa” stadionda keçirilməsi nəzərdə tutulan görüşdə cəza üzündən meydana çıxmayacaq. Cari mövsümdə 4-cü sarı vərəqini aldığı üçün qarşıdakı turdakı oyunu buraxmalı olan S.Martines komandasının bombardiridir. Premyer Liqa və kubokda eyni sayda fərqlənən uruqvaylının hesabında 8 qol var. S.Martines “Standard”ın güclülər dəstəsində ilk qolunun müəllifi kimi tarixə düşüb. Komandanın gürcüstanlı baş məşqçi Kaxaber Tsxadadze “Simurq”la görüşdə heyətlə bağlı ciddi problemləri var. Belə ki, “Standard”ın kapitanı Kamal Quliyev də cəza səbəbindən kənarda qalacaq. S.Martines kimi komandanın hücum xəttini təşkil edən Rəcəb Fərəczadə isə zədəli olduğuna görə “Simurq”a qarşı oynamayacaq.
0