Nigeriya yığmasının futbolçusu: “Berti Foqts oyunumuzu və mentalitetimizi birdən dəyişmək istəyirdi”
03.04.2008 - 12:14
Nigeriya yığmasının futbolçusu: “Berti Foqts oyunumuzu və mentalitetimizi birdən dəyişmək istəyirdi”
O, Berti Foqtslu dönəmini belə xatırlayıb: “Avropada mətbuatla münasibət üçün xüsusi gün ayrılır. Həmin gün məşqdən sonra mətbuat katibi oyunçuya yaxınlaşıb hansısa nəşrin onunla danışmaq istədiyini çatdırır. Nigeriya millisində də mətbuatla əlaqələrə cavabdeh şəxs var idi. Lakin Foqts gələnədək. O, Afrika Millətlər Kubokunun keçirildiyi vaxt mətbuatla münasibətlərə qadağa qoydu”. Buna baxmayaraq, nigeriyalı hücumçu baş məşqçinin yığmadan ayrılmasına təəssüfləndiyini bildirib: “Onu artıq işdən azad ediblər. Təəssüf. Yeni baş məşqçi hər şeyi yenidən başlamalı olacaq. Milli klub deyil ki, gündəlik məşqlərlə nəyəsə nail olasan. Yığmada kollektivin yaranması daha uzun müddət tələb edir”.


0