Dmitri Kruqlov: “Azərbaycanda çıxış etməyim yığma komandadakı karyerama mənfi təsir göstərməz”
03.04.2008 - 15:35
Dmitri Kruqlov: “Azərbaycanda çıxış etməyim yığma komandadakı karyerama mənfi təsir göstərməz”
Bakı. Mehman Süleymanov-APA-Sport. “Komandamla müqavilənin müddətini artırmaq məsələsi açıq qalır. Bu, bir günün içərisində həll ediləsi deyil”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında “Neftçi” klubunun futbolçusu Dmitri Kruqlov deyib. Estoniyalı legionerin sözlərinə görə, Azərbaycan çempionatında oynaması karyerasında geriyə addım deyil: “Sözsüz ki, hər bir futbolçu yüksək səviyyəli çempionatda çıxış etmək istəyir. “Neftçi” rəhbərliyi mənə müqavilənin müddətini artırmağı təklif edib və danışıqlar gedir. Fikrimcə, Azərbaycanda çıxış etmək yığma komandada karyerama mənfi təsir göstərməz”.
0