Ramiz Məmmədov: “Yetişdirdiyi futbolçunun məşqçi kimi təkmilləşməsini Mircavadova göstərmək istəyirəm”
03.04.2008 - 17:05
Ramiz Məmmədov: “Yetişdirdiyi futbolçunun məşqçi kimi təkmilləşməsini Mircavadova göstərmək istəyirəm”
O, bildirib ki, Azərbaycan Premyer Liqasının qarşıdakı turunda Ağasəlim Mircavadovun çalışdırdığı “Xəzər-Lənkəran”la görüşə yüksək əhval-ruhiyyədə çıxacaqlar: “Rəqibimiz çox güclü komandadır, son Azərbaycan çempionu və ölkə kubokunun sahibidir. Bununla belə, biz “Xəzər-Lənkəran”a ciddi müqavimət göstərmək, layiqli oyun nümayiş etdirmək fikrindəyik. Yetişdirdiyi futbolçunun məşqçi kimi təkmilləşməsini Mircavadova göstərmək istəyirəm”. “Xəzər-Lənkəran”la 4 gündə iki dəfə öz meydanında qarşılaşacaq “Qəbələ”nin çalışdırıcısı komandasını bu çətin sınağa hazır sayıb: “Düzdür, zədəli oyunçularımız olsa da, hər halda, heyətimizdə kifayət qədər futbolçu var. Çempionatı kuboka qurban vermək fikrində deyilik. “Qəbələ” gənc komandadır və itirəsi heç nəyi yoxdur. Həftədə iki oyun keçirməyə gücümüz çatar”.
0